Türkiyənin keçmiş prezidenti Abdulla Gül və bir qrup məmur yeni siyasi partiyaya yaratmaq barədə qərar veriblər. Onlar arasında Rəcəb Tayyip Ərdoğanın siyasi kursu ilə razılaşmayan keçmiş AKP-lilər olacaq.
Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, köhnə AKP-lilərin bu addımı Cümhuriyyət Xalq Partiyasının real gücə çevrilməsinə qarşı verilmiş reaksiyadır:
“Köhnə AKP üzvləri əqidələrini dəyişməyiblər. Onlar düşünür ki, Ərdoğanın apardığı siyasət əhalidə müəyyən dərəcədə yorğuluq yaradıb. Onlar AKP tərəfindən istifadə olunan din və siyasətin uzlaşdırılmasını yeni formada təqdim etmək istəyirlər. Bu hadisəyə Ərdoğanın verəcəyi reaksia gərginlik yarada bilər. O, Abdulla Gülün iki dəfə hakimiyyəti ona təhvil verməsini nəzərə almayacaq. Ərdoğanın ətrafı köhnə AKP-lilərə hücuma keçəcək”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz