CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Suya girmək qadağandır – Monitorinqin nəticələri

© Sputnik / Murad OrujovЧастный пляж на Бильгя, фото из архива
Частный пляж на Бильгя, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ETSN-nin rəsmisi Xəzərin şimal və cənub bölgələrində də monitorinqlərin aparıldığını qeyd edib

BAKI, 28 iyun — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 24-27 iyun tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan
Ekspert çimərliklərdən danışdı: Bakı ətrafında təmiz çimərlik yoxdur

Sputnik Azərbaycan-ın xəbərinə görə, idarənin direktoru Ərəstun Həsənov jurnalistlərə bildirib ki, analizlərin nəticələri bundan əvvəl keçirdiyimiz monitorinqlərin nəticələri ilə eynidir. Belə ki, bu dəfə də Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Novxanı, Zaqulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə yararlıdır, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil.

ETSN-nin rəsmisi Xəzərin şimal və cənub bölgələrində də monitorinqlərin aparıldığını qeyd edib.

Nəticələrə görə Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) çimərlik ərazilərində dəniz suyu istifadə üçün yararlı, Nabran ərazisinin dəniz suyu isə çimərlik məqsədilə qeyri qənaətbəxş hesab olunur.

Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərdə dəniz suyunun tərkibi normalara uyğun olub həmin ərazilərdən çimərlik məqsədilə istifadəyə imkan verir.

Ə.Həsənovun sözlərinə görə hər həftə ETSN-nin mütəxəssisləri tərəfindən çimərliklərdə monitorinqlər keçiriləcək, dəniz suyundan nümunələr götürüləcək və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Xəbər lenti
0