İspaniyada atışma zamanı məscidi "yaraladılar"

© AFP 2024 / GABRIEL BOUYSİspaniya polisi, arxiv şəkli
İspaniya polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xəsarət alan olmasa da, insidet məsciddə təlaşa səbəb olub

BAKI, 24 iyun — Sputnik. Naməlum şəxs İspaniyanın Seuta muxtar şəhərində məscid istiqamətində bir neçə dəfə atəş açıb.

Sputnik Azərbaycan yerli "Efe" agentliyinə istinadən xəbər verir ki, həmin şəxs atəş açarkən motosiklet sürürmüş.

Digər mənbələrin verdiyi məlumatlarda isə məscidə iki nəfərin hücum etdiyi bildirilir. Ümumilikdə dörd dəfə atəş açılıb. Xəsarət alan olmasa da, insidet məsciddə təlaşa səbəb olub. Agentliyin təqdim etdiyi şəkillərdən güllələrin məscidin divarlarını zədələdiyini görmək olar.

Məlumata əsasən, hücum edən şəxs hadisə yerindən qaçaraq gizlənib.

Xəbər lenti
0