Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 20 iyun-Sputnik. Asəf Hacıyev yenidən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi seçilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDIƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü sessiyasında QDİƏT Parlament Məclisinin baş katibi seçilib. Bunun üçün səsvermə keçirilib.
Baş katib postuna QDİƏT Parlament Məclisinin hazırkı baş katibi Asəf Hacıyev və Yunanıstan parlamentinin sədrinin diplomatik köməkçisi Spyros Theocharopoulosun namizədliyi irəli sürülüb.
Gizli səsvermədə A. Hacıyev yenidən QDİƏT Parlament Məclisinin baş katibi seçilib. O, bu postda daha 5 il qalacaq.