CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan və Rusiya dövlət sərhədini müəyyənləşdirir

© © XİN-nin mətbuat xidmətiAzərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti iclası keçirilib
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti iclası keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Birgə Komissiyanın növbəti iclasının Rusiya Federasiyası ərazisində keçirilməsi nəzərdə tutulur

BAKI, 20 iyun — Sputnik. 18-20 iyun 2019-cu il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti, yeddinci iclası keçirilib. Bu barədə Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Məlumata əsasən, iclasda 3 sentyabr 2010-cu il tarixində imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

© © XİN-nin mətbuat xidmətiAzərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti iclası keçirilib
Azərbaycan və Rusiya dövlət sərhədini müəyyənləşdirir - Sputnik Azərbaycan
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti iclası keçirilib

"Görüş əsnasında tərəflər dövlət sərhəd xəttinin yüksək dağlıq ərazilərdəki hissəsində sərhəd nişanları ilə işarələnməsi üzrə iş planı qəbul ediblər. İclasın nəticələrini əks etdirən Protokola uyğun olaraq, Birgə Komissiyanın işçi qrupu tərəfindən cari ilin iyul-oktyabr aylarında yüksək dağlıq ərazilərdə sərhəd nişanlarının yerləri müəyyən ediləcək və həmin nişanlar quraşdırılacaq, eləcə də dövlət sərhəd xəttinin meşə hissəsində, körpü və sərhəd-buraxılış məntəqələrində müvafiq demarkasiya işləri aparılacaq. Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib. Birgə Komissiyanın növbəti iclasının Rusiya Federasiyası ərazisində keçirilməsi nəzərdə tutulur", - deyə məlumatda vurğulanır.

Qeyd olunur ki, iclasın keçirilmə tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Xəbər lenti
0