"Bu ABŞ-ın təzyiq vasitələrindən biridir" – Şamxani ittihamlara reaksiya verdi

© AFP 2024 / ASIF HASSANƏli Şamhani
Əli Şamhani - Sputnik Azərbaycan
Abunə olmaq
İran və Ərəb KİV-i "Front Altair" və "Kokuka Courageous" neft tankerlərinə hücumların edilməsi haqqında məlumat yayıb

BAKI, 19 iyun — Sputnik. İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri Əli Şamxani Birləşmiş Ştatların Oman boğazında tankerlərə hücumda Tehranın əli olmasına dair ittihamlarını ölkəyə qarşı təzyiq vasitələrdən biri kimi dəyərləndirib.

"İttihamlar – bu ABŞ-ın ölkələrə təzyiq göstərmək üçün vasitələrindən biridir", – deyə Şamxani "RİA Novosti"nin ABŞ tərəfinin bəyanatını şərh etməklə bağlı xahişinə cavab olaraq bildirib.

ABŞ Dövlət katibi Mayk Pompeo - Sputnik Azərbaycan
Pompeo İrana şəxsən xəbərdarlıq etdi, bunu etsəniz...

Qeyd edək ki, iyunun 13-ü İran və Ərəb KİV-i "Front Altair" və "Kokuka Courageous" neft tankerlərinə hücumların edilməsi haqqında məlumat yayıb. Qeyri-rəsmi məlumatlara görə, torpedo hücumu nəticəsində gəmilərdə partlayış və yanğın baş verib. "Front Altair" ekipajının üzvlərini İran təxliyə edib. Rəsmi Vaşinqton hücumda Tehranı ittiham edib.

Birləşmiş Ştatların Mərkəzi komandanlığı (CENTCOM) məlumat yayaraq qeyd edib ki, Birləşmiş Ştatlar Oman körfəzində tankerlərə hücumdan sonra oraya "Mason (DDG 87)" raket esminesini göndərir.

Birləşmiş Ştatların Mərkəzi komandanlığının bəyanatında qeyd olunur ki, "Kokuka Courageous" tankerinin 21 üzvü ABŞ-ın digər esminesi "Bainbridge"in göyərtəsindədir.

"Biz ABŞ-ın "Bainbridge" esminesinin fəaliyyətinə olunan hər hansı müdaxiləyə dözməyəcəyik", - deyə "CENTCOM"dan bildirilib.

Bundan əlavə, komandanlıqdan qeyd olunub ki, İranla müharibə ABŞ və dünya birliyinin strateji maraqlarına cavab vermir, lakin amerikalılar və onların tərəfdaşları regionda gəmiçiliyin və ticarətin azadlığını müdafiə etməyə hazırdırlar.

Xəbər lenti
0