Piyadaların ucbatından baş verən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır. Əksər hallarda bunun səbəbi yol mədəniyyətinin aşağı olması və adi yol hərəkəti qaydalarını bilməməkdir. Hər il belə hallar nəticəsində yüzlərlə insanın həyatı təhlükə altına düşür, onlarla insan müxtəlif dərəcəli bədən xəsarətləri alır. Bəzi hallarda isə bu, ölümlə nəticələnir. Üstəlik qəzadan sonra sağ qalanların ömür boyu psixoloji travma ilə yaşadıqları da sirr deyil.
Bəs yollarımızı necə daha təhlükəsiz etmək və yol mədəniyyətini necə yüksəltmək olar? Bu suallara 19 iyun saat 12:00-da "Sputnik Azərbaycan" Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Azərbaycan DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələrinin iştirakı ilə keçiriləcək "Piyadaların yol hərəkəti qaydalarını bilməməsi və bunun törətdiyi fəsadlar" mövzusunda mətbuat konfransında cavab veriləcək.
Tədbirdə "Sürücülərin təhsilinə yardım" İctimai Birliyinin rəhbəri Fazil Məmmədov və məşhur bloggerlər də iştirak edəcək.
Əlaqə üçün
E-mail: i.velizade@rian.ru.
Ünvan: Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə).