BAKI, 14 iyun - Sputnik. Bakıda Azərbaycan Milli Məclisi və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, konfransın açılış mərasimində Milli Məclisin sədr müavini Bahar Muradova, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Qazaxıstan, Qırğızıstan və Türkiyə milli nümayəndə heyətlərinin rəhbərləri iştirak edir.
Konfrans çərçivəsində qadınların fəaliyyətinə dair təcrübə mübadiləsinin aparılması, problemlərin birgə müzakirəsi və s. digər məsələlər müzakirə olunacaq.