CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dincəlmək istəyirsizsə, Abşerona gedin: Rusiyalı turistlər Xəzərin sahilini seçir

© Sputnik / Murad OrujovЗакат на одном из абшеронских пляжей
Закат на одном из абшеронских пляжей - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeron MDB-nin ən yaxşı kurortlarının olduğu Top beşliyə daxildir

BAKI, 14 iyun — Sputnik. Xəzərin Abşeron sahilləri rusiyalı turistlərin yayda MDB məkanında istirahətə üstünlük verdikləri ən populyar yerlərən biridir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı TurStat agentliyi yayıb.

Девушка отдыхают на пляже, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çimərlik turizmi üçün şad xəbər - XƏBƏRDARLIQ

Rusiyalıların MDB məkanında istirahətə üstünlük verdikləri kurortların Top beşliyinə Qazaxıstanın Burabay, Qırğızıstanın İssık-Kul, Belarusun Naroç gölləri, Azərbaycanın Abşeron sahilləri və Ermənistanın Sevan (Göyçə) gölü daxildir.

Ölkələr arasında viza rejiminin tətbiq olunmaması, yerli əhalinin rus dilini bilməsi, qonaqpərvərliyi, istirahət qiymətlərinin yüksək olmaması, yerli kulinariyanın, meyvə-tərəvəzlərin dadlı olması MDB ölkələrindəki istirahət yerlərini rus turistlər üçün cəlbedici edir.

Rusiyalı turistlər sözügedən məkanlara bir-iki həftəlik gedirlər və bunun üçün tələb olunan gündəlik büdcə 50-110 dollar arasında dəyişir. Sadalanan istirahət yerləri arasında turistlər ən az İssık-Kulda dincəlirlər. Onların arasında ən bahalı istirahət yerləri isə Abşerondadır.

MDB məkanındakı istirahət yerlərinin Top reytinqi rusiyalı turistlərin üstünlük verdiyi yerlərə və kurortların infrastrukturunun inkişaf səviyyəsinə görə müəyyən edilib.

Xəbər lenti
0