BAKI, 14 iyun - Sputnik. Bu gün Milli Məclisin növbədənkənar sessiyasında plenar iclası başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.
İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə ikinci oxunuşda baxılacaq.
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Bələdiyyələrin statusu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" qanunlarda, İnzibati Xətalar, Mülki, Cinayət-Prosessual, Cinayət məcəllərində dəyişikliklərə baxılacaq.
İclasda "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" yeni qanun layihəsi müzakirə ediləcək.