CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On dörd iyun "Son zəng"dir

© REPORTBakı məktəblərindən birində son zəng
Bakı məktəblərindən birində son zəng - Sputnik Azərbaycan
Abunə olmaq
"Son zəng" tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə olunub.

BAKI, 11 iyun — Sputnik. İyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri təşkil olunacaq. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd ediib ki, Təhsil naziri Ceyhun Bayramovun bununla bağlı imzaladığı əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan "Son zəng" tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə olunub.

Yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən "Son zəng"in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Xəbər lenti
0