ABŞ üçün bəd xəbər: Bombardmançılarının döyüş hazırlığı pis vəziyyətdədir

© AFP 2024 / HANDOUTB-1B Lancer принадлежащий ВВС США сбрасывает бомбу на полигоне в провинции Канвондо, к востоку от Сеула
B-1B Lancer принадлежащий ВВС США  сбрасывает бомбу на полигоне в провинции Канвондо, к востоку от Сеула - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqonun uzaq məsafəli aviasiya ilə zərbə endirmək imkanları təhlükə altına düşüb

BAKI, 10 iyun — Sputnik. Amerika Birləşmiş Ştatlarının döyüşə hazır "B-1B Lancer" strateji bombardmançılarının sayı hazırda "barmaqla sayılacaq qədərdir".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu haqda "Air Force Times" qəzeti Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi tərəfindən yayılmış məlumata istinadən yazır.

Çinin J-20 qırıcıları aviaşouda - Sputnik Azərbaycan
Çin qırıcı istehsalında dünyada bir ilkə imza atacaq

Məqalədə bildirilir ki, bu baxımdan ABŞ-ın uzaq məsafəli aviasiyasının zərbə endirmək imkanları təhlükə altındadır.

"B-1B Lancer"lərin pis vəziyyəti onların yaşı ilə bağlıdır. Bu bombardmançılardan sonuncusu 31 il əvvəl istehsal edilib.

Həmçinin qeyd edilir ki, təyyarələrin saxlanılması üçün zəruri resurslar yoxdur.

Konqresin alt komitələrindən birinin verdiyi məlumata görə, "B-1B" ilə bağlı vəziyyət elə səviyyəyə gəlib çıxıb ki, təlim üçün kifayət qədər təyyarə olmadığından onların ekipajları digər təyyarələrə köçürülür.

"B-1B" səsdən sürətli strateji bombardmançıdır. ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan üç ağır bombardmançıdan biri olan "B-1B" strateji hədəfləri nüvə və ya adi silahla vurmaq üçün nəzərdə tutulub.

Bu təyyarələr ABŞ tərəfindən Əfqanıstanda, İraqda və Suriyada istifadə olunub. ABŞ-ın ümumilikdə bu təyyarədən 62-nin sahibi olduğu bildirilir.

Xəbər lenti
0