Zərifdən xəbərdarlıq: “Nə olacağını bilirik, əvvəllər də görmüşük”

© Sputnik / Murad OrujovТрехсторонняя встреча глав МИД Азербайджана, России и Ирана в Баку
Трехсторонняя встреча глав МИД Азербайджана, России и Ирана в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Zərif, Con Bolton, Binyamin Netanyahu, Məhəmməd  bin Səlmanı və Məhəmməd bin Zayidi Trampın “B komandası” adlandırıb

BAKI, 6 iyun — Sputnik. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra limanı yaxınlığında 4 ticarət gəmisinə  edilən hücumla bağlı “Mossad” kəşfiyyat xidmətinin saxta məlumat istehsal etdiyini  bildirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Zərif  öz “Twitter” hesabında  yazıb.

Политолог Арзу Нагиев - Sputnik Azərbaycan
ABŞ-İran danışıqları başlayacaq, yoxsa müharibə - politoloq şərh edir

O, Ağ Evin Milli Təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonu “yalançı çoban” kimi dəyərləndirib və “Mossad”-ın ona “saxta məlumat” verdiyini  qeyd edib.

“B komandasının yalançı çobanı bir daha yalandan fəryad edir. “Mossad” Fuceyradakı hadisədə İranın əli olduğu ilə bağlı saxta məlumat yayır.  Daha əvvəl də olduğu kimi “qəzalar” və saxta bayraq cəhdlərinin  olacağına dair xəbərdarlıq etmişdim. Siz onların yalanlarına inansanız, nə olacağını bilirik. Bu oyunu daha əvvəl də görmüşük” – deyə Zərif əlavə edib.

Qeyd edək ki, Zərif Ağ Evin Milli Təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton, İsrail baş naziri Binyamin Netanyahu, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd  bin Səlmanı və Əbu Dabi vəliəhd şahzadəsi Məhəmməd bin Zayidi  Trampın “B komandası” adlandırıb.

Xatırladaq ki, Con Bolton keçən həftə mayın 14 –də Səudiyyə Ərəbistanına aid 2 gəminin də aralarında olduğu 4 gəmiyə  edilən hücumun arxasında  İranın olduğunu iddia etmiş və buna dair məlumatların BMT-nin Təhlükəsizlik Şurasına təqdim ediləcəyini bildirmişdi.

Xəbər lenti
0