BAKI, 4 iyun — Sputnik. Türkiyənin Eskişehir şəhərində yaşayan azərbaycanlı Elşən İbrahimovun səhvən zibiliyə atdığı pul dolu paketi ona qaytarılıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, pul jandarma tərəfindən zibillikdə tapılıb.
Hadisə Eskişehirin Təpəbaşı rayonunun Yenibağlar məhəlləsində baş verib. Elşən İbrahimov qardaşı Vüqar İbrahimova aid və içində 7401 dollar, 1800 avro və 10 manat olan paketi səhvən zibilliyə atıb. Bir müddət sonra səhvini başa düşən şəxs jandarmaya müraciət edib. Jandarma qıza müddətdə paketi taparaq, sahibinə qaytarıb.