SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Danışıqlara hazıram" – Trampdan İrana gözlənilməz jest

© REUTERS / JONATHAN ERNSTПрезидент США Дональд Трамп участвует в Послании в День поминовения на борту USS Wasp (LHD 1) в Йокосуке, к югу от Токио, Япония
Президент США Дональд Трамп участвует в Послании в День поминовения на борту USS Wasp (LHD 1) в Йокосуке, к югу от Токио, Япония - Sputnik Azərbaycan
Abunə olmaq

 

BAKI, 31 may — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bəyan edib ki, İranla danışıqlara hazırdır. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Əgər onlar danışıqlar istəyirlərsə, mən açığam", - deyə Tramp jurnalistlərə bildirib.

Xatırladaq ki, mayın əvvəlində Birləşmiş Ştatların prezidenti Donald Tramp İrana qarşı neft sanksiyalarından istisnanı nəzərdə tutan qərarı uzatmaqdan imtina edib. Bu qərar İranın neft ixracını sıfıra endirməyə hədəflənib.

Ötən il Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edib. Lakin bir sıra ölkələrə - Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə qarşı müəyyən müddət üçün istisnalar tətbiq olunmuşdu.

İran isə neft ticarətinə maneələr yaradılacağı təqdirdə Fars körfəzini neft ticarəti üçün bağlayacağını bildirib.

Buna cavab olaraq isə ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub. Aviasiyadaşıyıcı zərbə qrupuna "Abraham Lincoln" gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadrilya minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında universal desant gəmisi "Kearsarge" yerləşir.

Xəbər lenti
0