BAKI, 31 may - Sputnik. Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə bir məsələ - "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi daxil edilib.
Qanun layihəsinə birinci oxunuşda baxılır.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyası baş çatır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. İyun ayında parlamentin növbədənkənar sessiya çərçivəsində iclasının keçiriləcəyi gözlənilir.