Senat Prezidentə qarşı – Kilsə ilə bağlı razılığa gələ bilmədilər

© REUTERS / Christophe Petit Tesson Вид креста и скульптуры Пьеты на фоне развалин внутри Нотр-Дам де Пари после пожара, фото из архива
 Вид креста и скульптуры Пьеты на фоне развалин внутри Нотр-Дам де Пари после пожара, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Deputatlar, prezident Emmanuel Makronun abidənin 5 il müddətində orijinal görünüşünə qaytarılıması təklifini sərt tənqid ediblər

BAKI, 28 may — Sputnik. Fransa Senatı Notr-Dam de Pari kilsəsinin bərpa edilməsi ilə bağlı  qanun layihəsi qəbul edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Fransada senat Notrdam kilsəsinin bərpası ilə bağlı dəyişikliklər edilmiş qanun layihəsini  qəbul edib. Deputatlar, prezident Emmanuel Makronun abidənin 5 il müddətində orijinal görünüşünə qaytarılıması təklifini sərt tənqid ediblər.

Senatorlar prezidentin ideyasını populist  və tələsik verilmiş qərar adlandırıblar. Sosialist Partiyasının üzvü Pierre Uzulias istehza ilə qeyd edib: “Deyəsən Makron Notre-Dame de Parisi deyil, Notre-Dame de Eliseni (Yelisey Sarayı – red.) nəzərdə tutub”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bakıda “Paris Notr-Dam kilsəsi” üzərində iş gedir, yaxında tamaşasına duracağıq

“Layihə tələb edildiyi qədər davam etməlidir” - deyə mədəniyyət komissiyasının sədri Yekaterina Moren Desay qeyd edib.

Qanun layihəsi həmçinin  kilsənin bərpası üçün fiziki və hüquqi şəxslərin verdiyi ianələrin idarə edilməsini  nəzərdə tutan milli abunəliyin açılmasını rədd edir. Sənəddə həmçinin kilsənin bərpası üçün ianələr edən şəxslər üçün verdikləri məbləğin 75 faizi qədər vergi  güzəşti də nəzərdə tutulur.

Qanun layihəsinin ilkin versiyasında hökumətə kilsənin bərpası zamanı (şəhər planlaması, ətraf mühit, tikinti, mirasın qorunması, ictimai qaydanın bərpası) müəyyən qaydalardan kənara çıxma hüququnu verən hökm çıxarılmasına razılıq da nəzərdə tutulmuşdu.

Senatorlar və parlamentin aşağı palatasının deputatları qanunvericilik təşəbbüsünün mətninin birgə variantını hazırlayacaq. 

Xatırladaq ki, Notrdam kilsəsində yanğın aprelin 15-də baş verib. Yanğın zamanı kilsəyə böyük zərər dəyib.

Xəbər lenti
0