BAKI, 28 may - Sputnik. Türkiyə ordusu İraqın şimalındakı Hakurk vilayətində "Pəncə" adlı antiterror əməliyyatı keçirir.
Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinin hava əməliyyatlarına xüsusi təyinatlılar da qurudan dəstək verir.
Terrorçuların sığındıqları yerlərə hava hücumundan sonra qurudan da əməliyyat başlayıb. Quru əməliyyatında xüsusi təyinatlılar iştirak edir. Əməliyyatın məqsədi terrorçulara məxsus sığınacaqların məhv edilməsi və terroristlərin zərərsizləşdirilməsidir.
Pençe Operasyon Planı çerçevesinde, 27 Mayıs 2019’da Kara Kuvvetleri topçu bataryaları ve Hava Kuvvetlerimizin atışlarını müteakip Irak kuzeyi Hakurk bölgesinde komando tugaylarımızla bir harekat başlatıldı.https://t.co/TvJdRf4ukO#MSB #TSK pic.twitter.com/L16oGy8t3E
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) 28 мая 2019 г.
Türkiyənin Milli Müdafiə Nazirliyi əməliyyatla bağlı açıqlama yayıb.