SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Serbiya rəhbərliyindən gözlənilməz qərar - Bu addım presedent ola bilər

© Sputnik / Алексей Витвицкий / Mediabanka keçidПредседатель правительства Сербии Александр Вучич
Председатель правительства Сербии Александр Вучич - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa və dünya siyasəti üçün önəmli qərar qəbul edildi

BAKI, 28 may - Sputnik. Serbiya etiraf etməlidir ki, daha Kosovodakı vəziyyətə nəzarət etmir.  Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Serbiya prezidenti Aleksandr Vuçiç parlament qarşısındakı çıxışında bildirib.

Cело Гапанлы Тертерского района, фото из архива  - Sputnik Azərbaycan
SİYASƏT
XİN: "İşğal olunmuş ərazilərdəki separatçı rejim Ermənistanın dəstəyi hesabına mövcuddur"

O qeyd edib ki, Serbiya Kosovo ilə münasibətlərdə seçim qarşısındadır: ya "dondurulmuş münaqişə" rejimi saxlanmalı, ya da əlaqələr qurulmalıdır.

"Mən yalan və özünüaldatmanı davam etdirməmək qərarına gəldim. Hamıya deyirəm ki, Kosovo və Metoxiyada Serbiyanın hakimiyyəti yoxdur. Biz öz ictimaiyyətimizi aldatmamalıyıq", - prezident deyib.

Vuçiç Kosovo ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olduğunu vurğulayıb.

Prezident həmçinin bu məsələdəki köməyinə görə Rusiya lideri Vladimir Putinə təşəkkür edib.

Vaxtilə Serbiyanın tərkibində olan Kosovo və Metoxiyada separatçı hərəkat 1999-cu ildə baş qaldırıb. 2008-ci ildə Kosovo müstəqilliyini elan edib. 

Xəbər lenti
0