SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xələf Xələfov: “Gürcülər Keşikçidağa nəzarət altında keçiblər”

© Photo : APAЗаместитель министра иностранных дел Азербайджана Халаф Халафов, фото из архива
Заместитель министра иностранных дел Азербайджана Халаф Халафов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan xarici işlər nazirinin müavini bildirib ki, "Keşikçidağ" hissəsində sərhəd həmişə olub

BAKI, 27 may — Sputnik. “Beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar. Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçdi”.

Ağstafa rayonu ərazisindəki Keşikçidağ mağaralar kompleksi - Sputnik Azərbaycan
Gürcü dindarlar "Keşikçidağ" məsələsinə görə Azərbaycana gedən yolu bağlayıblar

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, "Keşikçidağ" hissəsində sərhəd həmişə olub: "O, Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunurdu və qorunmaqda davam etdirilir. Gürcüstanlı zəvvarların “Keşikçidağ” qoruğunun ərazisində yerləşən mağaralara keçidləri, gürcü tərəfinin xahişinə və qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan sərhədçilərinin nəzarəti altında gerçəkləşirdi. Belə vəziyyət bu gün də davam edir. Öz ərazisində bəzi təsərrüfat və ya digər işlərin həyata keçirilməsinə gəldikdə isə, bu hər bir tərəfin suveren hüququdur”.

Qeyd edək ki, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyaların son iclasında müzakirə olunan məsələləri belə şərh edib: "Komissiyanın iclasında biz status-kvonun hər hansı şəkildə dəyişilməsi barədə təsəvvürün meydana gəlməsinə xidmət edən addımların atılmaması vacibliyi məsələsini qaldırdıq".

Xəbər lenti
0