SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Britaniya səfiri Bakıdan danışdı: “Özümü evdəki kimi hiss edirəm”

© REPORTBöyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts
Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts - Sputnik Azərbaycan
Abunə olmaq
Karol Krofts bildirib ki, Böyük Britaniya vətəndaşları "Arsenal" və “Çelsi" futbol komandalarının Avropa Liqasının qrup oyunları

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 may — Sputnik. "Böyük Xarici İşlər Nazirliyinin səyahət tövsiyəsi müntəzəm olaraq yenilənir. Bu səyahət tövsiyəsi son illərdə əhəmiyyətli olaraq dəyişməyib. Son yenilənmə mayın 1-də olub və oraya İstanbul aeroportunun fəaliyyətə başlaması ilə bağlı bir cümləlik bənd əlavə olunub”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts ölkəsində XİN-in Bakıya səfər edəcək Britaniya vətəndaşlarına tövsiyəsinə münasibət bildirərkən qeyd edib.

İlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak edib - Sputnik Azərbaycan
İlham Əliyev yeni səfirlik binasının açılışını edib

Səfir bildirib ki, Böyük Britaniya vətəndaşları "Arsenal" və “Çelsi" futbol komandalarının Avropa Liqasının qrup oyunları, “Formula 1” yarışları zamanı da Azərbaycana səfər ediblər: “XİN-in tövsiyəsi o zaman da vardı, amma media tərəfindən belə diqqət cəlb etməmişdi. Bakıda keçirilən cüdo və digər yarışlarla əlaqədar britaniyalılar ölkənizə səfər edib. Azərbaycanın idman bağlılığı getdikcə genişlənir və daha çox yarış keçirilir. Tezliklə daha çox Britaniya vətəndaşının Azərbaycana səfərinin şahidi olacağıq".

Karol Kroftsun sözlərinə görə, səyahət tövsiyəsi Böyük Britaniya vətəndaşlarının səfər etdikləri ölkələrdə daha hazırlıqlı olmaları üçün verilir: "Mühüm məqam ondan ibarətdir ki, britaniyalıların vizaları, həyat sığortları qaydasında olsun, gedəcəkləri ölkədə öz qayğılarına necə qalacağı barədə məlumatlı olsunlar, özləri ilə tibbi ləvazimat da aparsınlar. Dünyada olan bütün ölkələr üçün Böyük Britaniyanın bu cür səyahət tövsiyəsi vardır. İstəyirik ki, vətəndaşlarımız hansı ölkəyə getmələrindən asılı olmayaraq səfərləri çox uğurlu keçsin, səyahətlərindən həzz alsınlar, vətənə sağlam dönsünlər. Mənim özümün şəxsi qonaqlarım var ki, bir neçə dəfə Azərbaycana gəliblər. Son 3 ildə səfir olduğum müddətdə nəinki idman yarışlarını izləmək, ümumilikdə səyahət üçün səfər ediblər".

Diplomat vurğulayıb ki, hazırda Bakıda böyük sayda Britaniya icması var, 400-500 Britaniya şirkəti fəaliyyət göstərir, 4-5 min civarında Britaniya vətəndaşı yaşayır: "Mən hər zaman Azərbaycanda özümü evdə olduğum kimi hiss edirəm. Ailə üzvlərim, dostlarım dəfələrlə bura səfər edib. Azərbaycan qonaqpərvərliyini daima yüksək səviyyədə olduğunun şahidi olmuşam. Dostyana münasibət müşahidə etmişik. İctimai nəqliyyatdan istifadə edəndə insanlar durub bizə yer verib. Əgər azmısınızsa, insanlar istiqamət göstərir".

Səfir eyni zamanda təhlükəsizlik barədə danışarkən öz başına gələn əhvalatı da danışıb: "Bir dəfə rəfiqələrimlə birgə maşınla səyahət edirdik. Diplomatik yox, adi nömrəli avtomobillə səfər edirdik. Yağışlı gün idi, nasazlıq yarandı, idarə etdiyimiz avtomobil quma batdı, avtomobilin təkəri qırıldı, üç xanım yağışın altında qaldıq. Yerli adamlar gəlib kömək təklif etdilər. Hətta birinin aləti qırıldı, gedib başqasını gətirdilər, yağışın altında cücəyə dönmüşdülər, düşdüyümüz vəziyyəti pozitiv auraya çevrildi".

Xəbər lenti
0