BAKI, 25 may - Sputnik. Fransanın Lion şəhərində partlayış nəticəsində yaralananların sayı 13 nəfərə çatıb.
Sputnik Azərbaycan xəbər verir ki, terror törətməkdə şübhəli bilinən şəxsin fotosu polis tərəfindən yayılıb.
Həmin şəxsin velosipedlə çörək mağazanın qarşısına gəldiyi, çemodanı yerə qoyduğu və uzaqlaşandan sonra həmin çemodanın partladığı kameralarda qeydə alınıb.
Polis həmin şəxsin təhlükəli olduğunu bildirərək, insanları ehtiyatlı olmağa, onu gördükləri halda polisə zəng etməyə çağırıb.