CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hökumət təhsillə bağlı yeni qərar verdi

© Sputnik / Nigar Maharramİmtahan zamanı, arxiv şəkli
İmtahan zamanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qərar "Təhsil haqqında" qanununa edilən dəyişikliklərin icrasını təmin etmək məqsədilə imzalanıb

BAKI, 23 may — Sputnik. "Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları" təsdiq edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Nazir Novruz Məmmədov qərar verib.

Qeyd edilib ki, bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

“İstədiyim hər şeyə nail olmuşam” – Kubu göz qırpımında yığan gəncəli tələbə  - Sputnik Azərbaycan
VİDEO
“İstədiyim hər şeyə nail olmuşam” – Kubu göz qırpımında yığan gəncəli tələbə

Qərara görə, bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul oluna biləcəklər.

Qaydalara əsasən, orta ixtisas təhsili pilləsində dövlət hesabına təhsil almaq üçün bakalavrlar Dövlət İmtahan Mərkəzi tərəfindən orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqədə ümumi qaydada iştirak etməlidirlər. Orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq istəyən bakalavrlar ərizə ilə həmin təhsil müəssisələrinə müraciət edəcəklər.

Orta ixtisas təhsili müəssisələrinə bakalavrların müsabiqədənkənar qəbulu təhsil müəssisəsi tərəfindən aparılacaq. Bakalavrın təqdim etdiyi sənədlərdə uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar edildikdə və onların aradan qaldırılması mümkün olmadıqda, bakalavrın orta ixtisas təhsili müəssisəsinə qəbul edilməsindən imtina olunacaq.

Qərar "Təhsil haqqında" qanununa edilən dəyişikliklərin icrasını təmin etmək məqsədilə imzalanıb.

Xəbər lenti
0