UEFA Avropa Liqasının 29 mayda Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı, Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva sözügedən tövsiyələri şərh edərkən bildirib.
Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycana səfərlə bağlı yaydığı bəyanat yanlışdır:
“Bu bəyanatda Ermənistan prezidenti Armen Sarkisyanın təsirləri görünür. Böyük Britaniyanın Azərbaycanla münasibətləri yüksək səviyyədədir. Bakıya gələcək erməni futbolçunun təhlükəsizliyi ilə bağlı hansısa narahatedici məqam yoxdur. Düşünürəm ki, Ermənistan tərəfi bu dəfə də müxtəlif vasitələrdən istifadə edərək Azərbaycana qarşı şər-böhtan kampaniyası aparır”.
Qeyd edək ki, Avropa Liqasının finalında iki London (İngiltərə) təmsilçisi – “Arsenal” və “Çelsi” üz-üzə gələcək.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz