Mayın 13-də Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin və "Şərq Tərəfdaşlığı" Proqramının iştirakçısı olan altı ölkənin Xarici İşlər nazirlərinin görüşü keçirilib.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, kifayət qədər yüksək səviyyəli bu görüşlərdə bir sıra razılaşmalar əldə oluna bilər:
“Reallıq odur ki, Avropa Azərbaycana böyük maraq göstərir. Bu da bir sıra enerji və nəqliyyat layihələri ilə bağlıdır. Avropada anlayırlar ki, Azərbaycan kifayət qədər önəmli oyunçuya çevrilib”.
Xatırladaq ki, "Şərq Tərəfdaşlığı"nın 10 illiyinə həsr olunmuş ikigünlük tədbir sabah Aİ və "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçılarının iştirak edəcəyi yüksək səviyyəli konfrans ilə davam edəcək.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz