Paşinyan yeni antirekord vurdu

© Photo : official site of the Prime minister of RAПремьер-министр Армении Никол Пашинян на совещании по жилищному вопросу молодым семьям и военнослужащим (26 июня 2018). Еревaн
Премьер-министр Армении Никол Пашинян на совещании по жилищному вопросу молодым семьям и военнослужащим (26 июня 2018). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
Onun reytinqi cəmiyyətin bütün təbəqələrində və yaş qrupları arasında azalır

BAKI, 10 may — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyanın reytinqi durmadan azalır. Sputnik Azərbaycan Ermənistanın "Jamanak" nəşrinə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Xidməti (MTX) Nikol Paşinyanın reytinqini müəyyənləşdirmək məqsədilə sorğu keçirib.

"Sorğunun nəticələrinə əsasən, Paşinyanın reytinqi azalmaqda davam edir. Bu dəfə yeni antirekord vurulub. Belə ki, onu rəyi soruşulan ermənilərin yalnız 34 faiz dəstəkləyir" - deyə nəşr yazır.

Cəmi üç ay əvvəl keçirilən rəy sorğusunda isə Paşinyanın reytinqi indikindən 30 faiz çox - 64-65% civarında dəyişirdi. Nəşr qeyd edir ki, Paşinyanın reytinqi cəmiyyətin bütün təbəqələrində və yaş qrupları arasında azalır.

Xəbər lenti
0