BAKI, 2 may — Sputnik. Amerikada qızılca tüğyan edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 2000-ci ildə ABŞ öz ərazisində qızılca xəstəliyinin kökünün kəsildiyini açıqlamışdı. Son məlumata görə isə bu il 334 qızılcaya yoluxma faktı qeydə alınıb.
Epidemiya ilə mübarizə və İdarəetmə Mərkəzindən bildirilib ki, 2014-cü ildə 667 nəfər qızılcaya yoluxub.
Nyu Yorkun bəzi bölgələri də daxil olmaqla bir çox ərazidə təcili qızılcaya qarşı yardım məntəqələri yaradılıb. 22 ştatda peyvənd vurma proseslərinə başlanılıb.
Xatırladaq ki, qızılca birbaşa təmas, hava-damcı, öskürək və asqırma yolu ilə yoluxur. Xəstəliyin qarşısı alınmadığı təqdirdə beyin və onurğaya zərər verir . Qaraciyərdə infeksiyaya, eşitmə və görmə qabiliyyətində problemlərə səbəb ola bilər.