Xırdalanda olmayacaq iş olub: Gəl də, bundan baş çıxar

© Sputnik / Irade JELILXırdalan şəhər 30 cu məhəllə, 8 və 11 saylı binaları
Xırdalan şəhər 30 cu məhəllə, 8 və 11 saylı binaları - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Yaşayış binasının həyətinə sərəncam vermək qeyri-qanunidir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 28 aprel — Sputnik. Bir neçə gün öncə Xırdalan şəhəri, 30-cu məhəllə, 8 və 11 saylı binaların sakinləri Sputnik Azərbaycan-a müraciət edərək, binanın qarşısında olan uşaq meydançasının satıldığı və orada fərdi ev tikiləcəyi barədə məlumat vermişdilər.Əməkdaşımız əraziyə baş çəkərək sakinlərlə görüşüb.

Öncədən qeyd edim ki, sözügedən ərazi iki binanın qarşısında kiçik bir sahəni əhatə edir. Meydançada uşaqlar üçün müxtəlif əyləncə qurğuları qurulub, sakinlərin rahatlığının təmin edilməsi məqsədi ilə oturacaqlar qoyulub.

Həyətdə səhər-axşam uşaqlar əylənir. Və belə bir ərazinin hansısa sakinin adına özəlləşdirilməsi həqiqətən maraqlıdır.

© Sputnik / Irade JELILXırdalan şəhər 30 cu məhəllə, 8 və 11 saylı binalarının həyətindəki meydança
Xırdalanda olmayacaq iş olub: Gəl də, bundan baş çıxar - Sputnik Azərbaycan
Xırdalan şəhər 30 cu məhəllə, 8 və 11 saylı binalarının həyətindəki meydança

Bina sakinləri deyirlər ki, binada yaşayanlardan bir nəfər ərazini özəlləşdirib və satıb: "Binanın həyətini özəlləşdirib. Bizə çox maraqlıdır ki, binanın həyəti necə özəlləşdirilə bilər? Bura iki binanın həyətidir. Bizim uşaqlar burada oynayırlar. Yorulanda bura istirahətə etməyə çıxırıq".

Sakin Qənirə Əhmədovanın sözlərinə görə, binanın həyətinin bina sakini tərəfindən özəlləşdirilməsi halı ilə ilk dəfədir qarşılaşır: "Biz əvvəldən belə bilmişik ki, binanın həyəti bütün bina sakinlərinindir. Yəni şəxsi mülk deyil, dövlətin malıdır. Çox maraqlıdır ki, sakinlərdən biri bu ərazini özəlləşdirib və sənəd ala bilib. Necə? Dövlətin malını vətəndaşa kim sata bilər?"

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən (RİH) Sputnik Azərbaycan-a bildirilib ki, Xırdalan şəhəri, 30-cu məhəllə, 8 və 11 saylı binaların həyətindəki uşaq meydançasının satılması məsələsi RİH tərəfindən araşdırılıb: "Qeyd edilən ərazinin vətəndaşın mülkiyyətində olmasına baxmayaraq ərazidə tikinti işlərinin aparılmasına qadağa qoyulub".

Əmlak eksperti Ramil Osmanlı Sputnik Azərbaycan-an şərhində deyib ki, əgər ərazi özəlləşdirilibsə, deməli, buna icra başçısı sərəncam verib. Onun sözlərinə görə, bir neçə il əvvəl icra başçıları istədikləri yerə sərəncam verə bilirdilər.

© Sputnik / Irade JELILXırdalan şəhər 30 cu məhəllə, 8 və 11 saylı binalarının həyətindəki meydança
Xırdalanda olmayacaq iş olub: Gəl də, bundan baş çıxar - Sputnik Azərbaycan
Xırdalan şəhər 30 cu məhəllə, 8 və 11 saylı binalarının həyətindəki meydança

 "Yəqin ki, torpağı özəlləşdirən vətəndaşa torpaq ayırma sənədi verilib. Bu sənəd olduğu zaman reyestrdən çıxarış almaq mümkün olur. Yəqin Komitə tərəfindən araşdırma aparılıb, torpaq heç bir dövlət qurumunun balansında görünməyib. Və vətəndaşa çıxarış verilib" - deyə o bildirib.

"Əslində, verilən sərəncam şəhərsalma məsələlərinə ziddir. Sərəncam verilən zaman şəhərsalma qaydaları araşdırılıb, sonra sərəncam verilməli idi. Binanın həyətinə sərəncam vermək, əslində qeyri-qanunidir. Çoxmənzilli binaların həyətyanı sahəsi sahə mülkiyyətçilərinin ümumi əmlakı sayılır. Sərəncam veriləndə İcra Hakimiyyəti bu məsələni araşdırmalı idi" - Osmanlı əlavə edib.

Xəbər lenti
0