SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Oqtay Əsədov Valentina Matviyenkoya xüsusi medal təqdim edib

© AZƏRTACRusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşündə
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşündə - Sputnik Azərbaycan
Abunə olmaq
MDB Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib

BAKI, 19 aprel — Sputnik. Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının iclası keçirilib. İclasda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.

Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun sədrliyi ilə keçən iclasda təşkilati məsələlərə baxılıb.

© AZƏRTACSankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib
Oqtay Əsədov Valentina Matviyenkoya xüsusi medal təqdim edib - Sputnik Azərbaycan
Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib

Oqtay Əsədov Valentina Matviyenkonun yenidən MDB PA Şurasının sədri seçilməsi təklifi ilə çıxış edib: "2011-ci ildən Şuraya inamla sədrlik edən Valentina Matviyenko dövlətlərarası və beynəlxalq əlaqələr sahəsində böyük təcrübəyə malikdir".

Təklif yekdilliklə qəbul olunub. Sonra iclas iştirakçıları MDB PA-nın 49-cu plenar iclasının gündəliyini müzakirə edib, MDB ölkələrində son vaxtlar keçirilən seçkilərin monitorinqinin nəticələri, 2018-ci ildə təşkilatın fəaliyyətinin yekunları və digər məsələlər barədə məlumatları dinləyiblər.

Valentina Matviyenko Oqtay Əsədov ilə görüşündə Azərbaycana aprelin əvvəllərində səfərini məmnuniyyətlə xatırlayıb. O, səmimi qəbula və yüksək mükafata – Azərbaycanın "Dostluq" ordeninə layiq görüldüyünə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

© AZƏRTACSankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib
Oqtay Əsədov Valentina Matviyenkoya xüsusi medal təqdim edib - Sputnik Azərbaycan
Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib

Matviyenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşünün yüksək səviyyədə keçdiyini qeyd edib: "Mehriban xanım çox maraqlı həmsöhbətdir. Biz onunla görüşümüz zamanı xeyli söhbət etdik. Biz hörmətli Mehriban xanımın Birinci vitse-prezident kimi Rusiyaya səfərində maraqlıyıq".

Oqtay Əsədov səmimi sözlərə görə təşəkkürünü bildirərək, Valentina Matviyenkonun Azərbaycan-Rusiya münasibətlərinin inkişafında rolunu yüksək qiymətləndirib. Görüşdə ikitərəfli əməkdaşlıq, parlamentlər arasında qarşılıqlı fəaliyyətlə bağlı bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.

O.Əsədov V.Matviyenkoya Azərbaycan parlamentinin 100 illik yubileyinə həsr edilmiş xüsusi medal və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Fəxri medalını təqdim edib.

Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri davam edir.

Xəbər lenti
0