Müslüm İbrahimov: “Müsbət saldonun artımı normal tendensiyadır”
Bu ilin yanvar-mart aylarında Azərbaycan 7 620,126 mln. ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,4% çoxdur.
Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, müsbət saldonun artımı normal tendensiyadır: “Son iki il ərzində bizdə neftlə yanaşı, qeyri-neft məhsullarının ixracı artıb. Kənd təsərrüfatına, ümumilikdə qeyri-neft sektoruna ayrılan diqqət dəyişikliklərə səbəb olub. Həmçinin nəqliyyat sisteminin təkmilləşdirilməsi də ixrac potensialının artmasına öz təsirini göstərib”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz