BAKI, 17 aprel — Sputnik. ABŞ-da aparılan elmi araşdırma zamanı bəlli olub ki, sarımsaq yeyən şəxslərin hafizəsi digərləri ilə müqayisədə daha güclü olur. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, alimlər, xüsusən də yaşla bağlı yaranan yaddaş zəifliyinin aradan qaldırılması və hafizənin daha da möhkəmləndirilməsi üçün sarımsaq yeməyi tövsiyə edirlər.
Bundan başqa, aparılan araşdırma nəticəsində məlum olub ki, mütəmadi olaraq sarımsaq yeyən şəxslərdə bağırsaq problemləri aşkarlanmır.
Bununla əlaqədar olaraq alimlər siçanlar üzərində də müəyyən təcrübə aparıblar. Təcrübənin nəticəsində isə bəlli olub ki, çiy sarımsaq yeyən siçanlarda bağırsaq daha sağlam olub və heç bir mikrob aşkarlanmayıb.
Alimlər çiy sarımsağın altsheymer və parkinson kimi xəstələrin yaşadığı hafizə problemini önləyə bilmə qabiliyyətinə malik olduğunu da söyləyiblər.