Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə dəhşətli qəza: 3 qızı avtomobil vurdu

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisəni törədən şəxs saxlanılıb, hazırda faktla bağlı araşdırma aparılır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. Şəki rayonunda 3 yeniyetmənin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Şəki sakini Elgiz Hümbətov idarə etdiyi "VAZ-21010" markalı avtomobillə hərəkətdə olarkən, yolu keçmək istəyən Şəki sakinləri - 17 yaşlı Süsəngül Şəmsəddin qızı İslamova, 18 yaşlı Nazənin Rafiq qızı Musayeva və 17 yaşlı Türkanə Tərlan qızı Məmədovanı vurub.

Xəsarət alanlar dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. 18 yaşlı Nazənin Musayeva cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Digərləri isə evə buraxılıb. Piyadaları vuran Elgiz Hümbətov artıq saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0