BAKI, 1 aprel - Sputnik. 2019-cu ilin aprel ayının 1-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi martın 29-u ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.9098 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0260 manata düşüb.
1 türk lirəsi isə 0,3049 manatda qalıb.
Bu barədə Sputnik Azərbaycan-a Mərkəzi Bankdan bildirilib.
Martın 29-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9090 manata, 1 rubl 0,0262 manata, 1 türk lirəsi isə 0,3049 manata bərabər idi.