CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sona Vəliyeva: “Azərbaycan-Özbəkistan əlaqələri türk tarixi qədər qədimdir”

Abunə olmaq
Yazıçı-publisist Sona Vəliyeva deyir ki, müəyyən zamanlarda bizim əlaqələrimizin qırılmasına çalışsalar da, buna nail ola bilməyiblər
Sona Vəliyeva: “Xalqlarımız yaradıcılıq əlaqələri baxmından biri-birindən ayrılmazdır”

“Azərbaycan-Özbəkistan ədəbi əlaqələri türk tarixinin özü qədər qədimdir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Kaspi” qəzeti, “Kaspi” Təhsil Şirkəti və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İmadəddin Nəsimi və Özbək ədəbiyyatı” adlı konfransda çıxış edərkən yazıçı-publisist Sona Vəliyeva deyib.

Sona Vəliyeva bildirib ki, müəyyən zamanlarda əlaqələrimizin qırılmasına çalışılsa da buna nail ola bilməyiblər:

“Bu gün Nəsimi yaradıcılığının Özbəkistan ziyalıları ilə birgə tədqiqi, bu yaradıcılığın Özbəkistan ədəbiyyatına təsiri bir daha göstərir ki, bu xalqlar həm ruhən, həm qan etibarilə, həm də yaradıcılıq əlaqələri baxmından biri-birindən ayrılmazdır”.

Sona Vəliyevanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0