Politoloq: “ABŞ-ın siyasəti dünyanın təhlükəsizliyinə mənfi təsir göstərir”

© Sputnik / Murad OrujovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, hazırda regionda çətin hərbi-siyasi vəziyyət yaranıb
İlqar Vəlizadə: “İran-Azərbaycan dialoqu davam etdirilməlidir”

“İran Azərbaycanın təhlükəsizlik və inkişafını özünün təhlükəsizliyi və inkişafı hesab edir”. Bunu İran xarici işlər naziri Cavad Zərif Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, hazırda regionda çətin hərbi-siyasi vəziyyət yaranıb:

“Ölkələrin təhlükəsizliyinə risklər çoxalır. Həmçinin ABŞ-ın sanksiya siyasəti də regionda təhlükəsizlik məsələlərinə mənfi təsir göstərir. Azərbaycan və İran mənfi ssenarilərin reallaşmasına qarşı çıxırlar. Ermənistan tərəfinin davranışları mürəkkəb vəziyyəti daha da çətinləşdirir. Bu da rəsmi Tehran və Bakını narahat etməyə bilməz. Belə məsələlərin həlli üçün müəyyən addımlar atılmalıdır. İran-Azərbaycan dialoqu köklü maraqlara söykənir  və davam etdirilməlidir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0