QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Qeyri-qanuni fəaliyyətlər xəyanət kimi beynəlxalq hüquqi sənədlərdə əks olunub"

© Sputnik / Rashad Keremogluİşğal altında olan ərazilərdə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması üzrə beynəlxalq konfrans
İşğal altında olan ərazilərdə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması üzrə beynəlxalq konfrans - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir müavini: "Ermənistanın dövlət strukturları bu qeyri-qanuni fəaliyyəti dəstəkləyir, istehsal, ixrac və ticarəti açıq şəkildə təşviq edir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. "Bir çox hallarda işğal olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlər ya Ermənistanda qeydiyyata alınır, ya da onlar offşor şirkətlərdir".

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan (solda)  və Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçataryan - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycanın işğal altındakı bölgəsinə gözlənilməz səfər

Sputnik Azərbaycan xəbər verir ki, bunu bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakı Biznes Mərkəzində Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçünçü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair Beynəlxalq konfransda deyib.

Nazir müavinin sözlərinə görə, bu şirkətlər işğal olunmuş ərazilərimizdə qanunsuz iqtisadi fəaliyyətlərlə məşğul olaraq, orada olan xammalı xarici ölkələrə ixrac edir: "Ermənistanın dövlət strukturları bu qeyri-qanuni fəaliyyəti dəstəkləyir, istehsal, ixrac və ticarəti açıq şəkildə təşviq edir".

"Mədən şirkətləri qanunsuz lisenziya alıb ixrac siyasəti həyata keçirir. Bu fəaliyyətləri heç bir ölkə qanuni hesab etməməli və buna dəstək göstərməməlidir. Qeyri-qanuni fəaliyyətlər xəyanət kimi beynəlxalq hüquqi sənədlərdə əks olunub və həmin şirkətlər məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan sıx şəkildə beynəlxalq şirkətlərlə və beynəlxalq maliyyə institutları ilə çalışır" - deyə R.Məmmədov bildirib.

Xəbər lenti
0