BAKI, 1 mart — Sputnik. Yaponiyanın paytaxtı Tokioda dünyanın ən balaca körpəsi yaşayır.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 24-cü həftədə dünyaya gələn körpənin çəkisi çox az olub. 268 qramlıq uşaq bu günədək dünyaya gələn ən kiçik körpə hesab edilir. Körpə 5 aylıq müalicədən sonra xəstəxanadan evə buraxılıb.
Qeyd edək ki, bunadək dünyanın ən balaca körpəsi 2009-cu ildə 274 qram çəki ilə Almaniyada dünyaya gəlmişdi.