BAKI, 25 fevral - Sputnik. Azərbaycan-Rusiya münasibətlərinin hazırkı və gələcək durumu Bakıda keçirilən "Ümumi gələcəyin qurulması, ümumi keçmişin axtarışı və ümumi indinin inkişafı" konfransının diqqət mərkəzində olub. Tədbirin iştirakçıları Rusiya Federasiyasının görkəmli siyasətçiləri və ictimai xadimləri olub. Bu tədbirin özəlliyi o olub ki, orada siyasətçilərlə yanaşı, ictimai xadimlər də olub.
Tədbirin nəyə həsr olunduğu, Rusiya-Azərbaycan əlaqələrinin inkişafını xarakterizə edən fərqli xüsusiyyətlərin nələrdən ibarət olduğu barədə 26 fevral saat 14:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində ətraflı bəhs ediləcək.
İştirak edəcəklər:
Sergey Aleksandroviç Markov – Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya-Türkiyə İctimai Forumunun baş katibi;
Dmitri İvanoviç Savelyev - RF Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədr müavini, Azərbaycan parlamenti ilə əlaqələr üzrə deputat qrupunun koordinatoru;
Lyudmila Vyaçeslavovna Kozlova - Federasiya Şurasının Sosial Siyasət Komitəsinin sədr müavini;
İrina Konstantinovna Rodnina - Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədr müavini;
Oksana Viktorovna Puşkina - Rusiya Federasiyası Dövlət Duması Federal Məclisinin Ailə, Qadın və Uşaq məsələləri üzrə Komitəsinin sədr müavini;
İqor Yuryeviç Korotçenko - "Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi