BAKI, 5 fevral — Sputnik. Keçirilən gözəllik yarışmaları ilə bağlı hər dəfə maraqlı araşdırmalar aparan "Missosology" saytı bu dəfə də yarışmalarada dünyanın ən gözəli hesab edilən qadınların təmsil etdiyi ölkələri sıralayıb.
"Missosology" saytının araşdırmasına görə, gözəllik yarışmalarında ən çox Venesuelanı təmsil edən qadınlar birinci olub. Növbəti yerlərdə Filippin, Meksika, Cənubi Afrika qərarlaşıb. ABŞ bu siyahıda 10-cu, Yaponiya 13, Avstraliya 16, Hollandiya isə 20-ci yerdə qərarlaşıb.