BAKI, 3 fevral - Sputnik. Rusiyanın populyar reperi, Detsl ləqəbi ilə tanınan Kiril Tomatskiy 35 yaşında qəflətən dünyasını dəyişib.

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda onun atası prodüser Aleksadr Tomatskiy Vkontakte rəsmi hesabında məlumat paylaşıb.
"Kiril daha bizlə deyil" - Aleksandr yazıb. Musiqiçinin nədən vəfat etməsi hələdə rəsmi olaraq açıqlanmayıb. Detslın konsertlərinin rəhbəri Pavel Belenetsin söylədiyinə görə, sənətçinin ürəyi Rusiyanın İjevsk şəhərində verdiyi konsertdən sonra dayanıb.
Qeyd edək ki, Kiril Tomatskiy "Bad B Alyans" qrupunun üzvü olub. Yaradıcılığı zamanı 8 disk və albom buraxıb. Detslın sevilən mahnıları arasında “Qonaqlıq”, “Göz yaşları”, “Məktub” и “Sənin üçün” adlı məşhur hitləri var. Sənətçi Moskva-Britaniya beynəlxalq məktəbini bitirib. Təhsilini isə İsveçrədə alıb. “Cümə” adlanan ilk debüt repini isə Detsl atası Aleksandr Yakovleviçin köməyi və dəstəyi ilə ərsəyə gətirib. Atası musiqiçinin gələcək karyerasına yardımçı olan ilk insanlardan olub.
Qeyd edək ki, Detslin Azərbaycanda da pərəstişkarları olub.