Azərbaycan-Rusiya İşgüzar Şurası iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı üçün mövcud potensialı maksimal səviyyədə istifadə etmək niyyətindədir. Bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının idarə heyətinin sədri Səməd Qurbanov deyib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, iki ölkə arasındakı iqtisadi münasibətlər müsbət dinamikaya malikdir:
“Azərbaycan-Rusiya iqtisadi əlaqələri strateji xarakter daşıyır. Bu iqtisadi əlaqələrin potensialı hazırkı vəziyyətindən dəfələrcə yüksəkdir. Bunun üçün hökumətlərin iqtisadi bloklarının fəaliyyəti gücləndirilməlidir. Düşünürəm ki, yaxın 5 il müddətinə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq mümkündür. Bunun üçün iqtisadi siyasətin koordinasiya edilmiş şəkildə həyata keçirilməsi zəruridir”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz