BAKI, 22 yanvar — Sputnik. Ermənistan Polisinin rəisi Valeri Osipyan yaxın günlərdə istefaya göndəriləcək. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Jamanak" nəşri öz mənbələrinə istinadən xəbər verir.
© Sputnik / Asatur YesayantsErmənistan Polisinin rəisi Valeri Osipyan
Ermənistan Polisinin rəisi Valeri Osipyan
© Sputnik / Asatur Yesayants
Nəşrin məlumatına görə, Osipyanı bu vəzifədə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin rəisi Arsen Ayvazyan əvəz edəcək. Ayvazyan indiki vəzifəsinə ötən ilin avqustunda təyin edilib.
Qeyd olunur ki, hazırda baş nazir Nikol Paşinyan polis daxilində gedən struktur dəyişikliklərindən narazıdır.