SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ukraynada azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb

Abunə olmaq
Ukrayna Dövlət Fiskal Xidmətinin sabiq rəhbəri Roman Nəsirov müstəqil namizəd olaraq seçkilərə qatılır

BAKI, 22 yanvar — Sputnik. Ukrayna Mərkəzi Seçki Komissiyası 31 mart 2019-cu ildə keçiriləcək prezident seçkilərinə daha iki şəxsin namizədliyini qeydə alıb. Sputnik Azərbaycan "Liga.net"-ə istinadən xəbər verir ki, bunlar Aleksandr Şevçenko və Azərbaycan əsilli iş adamı Roman Nəsirovdur.

Ukrayna Dövlət Fiskal Xidmətinin sabiq rəhbəri Roman Nəsirov müstəqil namizəd olaraq seçkilərə qatılır. Fraksiyadan olmayan deputat Alekandr Şevçenko isə "Ukrop" partiyasının namizədidir.

Xəbər lenti
0