Seks treninq keçirənlərə Tailanda gəlmək qadağan edildi

© AP Photo / Sakchai LalitAnastasiya Vaşukeviç (Nastya Rıbka) Tayland məhkəməsində
Anastasiya Vaşukeviç (Nastya Rıbka) Tayland məhkəməsində - Sputnik Azərbaycan
Abunə olmaq
Onlara ömürlük Taylanda gəlmək qadağan edilib .

BAKI, 16 yanvar — Sputnik. Tailand məhkəməsi Nastya Rıbka adı ilə tanınan Anastasiya Vaşukeviçi turistlər üçün seks treninq keçirdiyinə görə şərti cəzaya məhkum edib.

Sputnik Azərbaycan xəbər verir ki, Belarus vətəndaşı 18 ay həbs cəzasına məhkum edilib. Nasta Rıbka istintaq davam etdiyi üçün həmin müddətin 9 ayını barmaqlıqlar arxasında keçirib. Qalan 9 ay isə şərti cəza ilə əvəz edilib.

Daha əvvəl isə qeyd edilirdi ki, əgər Vaşukeviçin günahı sübut edilsə, o 10 il azadlıqdan məhrum edilə bilər.

Rıbka ilə bərabər eyni maddə ilə 7 nəfər də ittiham edilmişdi.

Məhkəmə prosesi bütün şübhəlilər öz günahını etiraf etdiyi üçün bir gün davam edib. Bundan sonra onlar deportasiya edilmək üçün Miqrasiya Mərkəzinə göndərilib. Onlara ömürlük Tailanda gəlmək qadağan edilib .

Xatırladaq ki, ötən il fevralın 28-də Pattayi hotelində polis rey keçirib. Həmin vaxt hoteldə rus turistlər üçün seks treninq keçirilirmiş. Dinləyicilər izahat verdikdən sonra azad buraxılsa da, Vaşukeviç daxil olmaqla 10 təşkilatçı saxlanılmışdı.

Xəbər lenti
0