Bakıya qar yağacaq, rayonlarda yollar buz bağlayacaq - Nəhayət, qış gəldi

© Sputnik / Murad OrujovПриморский бульвар в Баку
Приморский бульвар в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Respublikanın rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var

BAKI, 15 yanvar - Sputnik. Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Жители столицы на Приморском бульваре в Баку - Sputnik Azərbaycan
Sabaha hava xəbərdarlığı

Sputnik Azərbaycan bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti təşkil edəcək. 

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında da hava, əsasən, yağmursuz keçəcək. Ayı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, yanvarın 17-18-də  Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcəyi gözlənilir. Hava şəraitinin belə kəskin dəyişməsi əksər əhali üçün çox əlverişsizdir.

Milli Hidrometeorologiya Departamenti küləklə bağlı xəbərdarlıq da edir. Qeyd olunur ki, yanvarın 15-i gündüz və 16-sında Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyi əsəcək. Yanvarın 16-da isə bəzi rayonlarda cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. 

Bakıya yağan yağış nəticəsində yaranan tıxac - Sputnik Azərbaycan
Duman, yağış, külək - Həftənin ilk gününün hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində gözlənilən xüsusi təhlükəli hidrometeoroloji
hadisə haqqında xüsusi xəbərdarlıq edir. Belə ki, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.

Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir. Ötən günlə müqayisədə havanın temperaturu kəskin 10 dərəcə aşağı enəcək.

Respublikanın rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 17-dən 18-ə keçən gecə respublikanın rayonlarında yolların buz bağlama ehtimalı var.

Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 0-2 dərəcə isti olacaq.

Xəbər lenti
0