BAKI, 11 yanvar — Sputnik. Hindistanda bir timsahın dəfn mərasimi keçirilib. Dəfn mərasimində 500 nəfər iştirak edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Qanqaram adlı timsah göldə yaşayıb və hər kəsin sevgisini qazanıb. Timsah 130 yaşında qocalıqdan ölüb.
Yerli əhali qoca timsahı xüsusi qaydada dəfn edib. Onun qəbrinə xüsusi güllər düzüblər.
Sakinlərin sözlərinə görə, timsah mehriban olub: “Hətta uşaqlar göldə rahat üzürdülər. O timsah deyildi, əsl dost idi. İnsan görəndə gölün o biri tərəfinə üzürdü”.
İnsanlar timsaha düyü və lobya yedirirmişlər.
Yerli əhali onun qəbrinin üzərində abidə ucaldacaq.