Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İran səfirliyinə hücum olub

© REUTERS / STRНациональный флаг Ирана
Национальный флаг Ирана - Sputnik Azərbaycan
Abunə olmaq
Bir qrup nümayişçi İran səfirliyinə daxil olmağa çalışaraq tapança ilə atəş açıb

BAKI, 10 yanvar — Sputnik. Hollandiyada İran səfirliyinə hücum edilib. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Hollandiyada bir qrup nümayişçi Haaqa şəhərində yerləşən İran səfirliyinə daxil olmağa çalışaraq tapança ilə atəş açıb.

Nümayişçilərdən birinin 2017-ci ildə Haaqada öldürülən iranlı Ahmad Nissinin oğlu olduğu bildirilib.

Hadisə ilə bağlı Hollandiya polisi açıqlama verib: "Səfirliyin binasına daş atıldığı, tapança ilə atəş açıldığı müəyyən edilib. Hadisə ilə əlaqədar 4 etirazçı həbs olunub".

Qeyd edək ki, Hollandiya kəşfiyyat xidməti olan "AIVD" İran kəşfiyyatının Hollandiyada baş verən iki cinayətin arxasında ola biləcəyini açıqlamışdı.

Xəbər lenti
0