CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlin ən zəif parolları müəyyən edilib

© Sputnik / Natalya SeliverstovaŞifrə
Şifrə - Sputnik Azərbaycan
Abunə olmaq
2018-ci ilin digər zəif şifrəsi "aa123456"və "password1" olub.

BAKI, 27 dekabr — Sputnik. Məlumatların qorunması sahəsində ixtisaslaşmış  SplashData şirkəti  2018-ci ilin 100 zəif şifrəsinin siyahısınıl tutub.  Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki,  siyahıda  birinci yerdə “123456” və ikinci yerdə “passvord” (şifrə) sözü olub.  2018-ci ildə “donald” sözü  23–cü yerdə qərarlaşıb.  2018-ci ilin digər zəif şifrəsi isə  "aa123456"və "password1" olub.

Şirkətin direktoru  Morqan Sleynin sözlərinə görə,  istifadəçilər digərlərinin uğursuzluğundan  dərs götürməyərək,  özlərini təhlükəyə atırlar.

Ən zəif şifrələrin onluğu aşağıdakı kimidir:

1. 123456

2. password

3. 123456789

4. 12345678

5. 12345

6. 111111

7. 1234567

8. sunshine

9. qwerty

10. iloveyou

Ekspertlər istifadəçiləri diqqətli olmağa və eyni şifrədən onlayn xidmətlər, internet bankçılıq və emaillərdə istifadə etməməyi məsləhət görürülər. 

Qorunmuş şifrə hərflər və rəqəmlər də daxil olmaqla 8 işarədən ibarət olmalıdır.

Hesabınızın təhlükəsizliyinin təmin olunmasının başqa bir yolu isə telefona SMS şəklində gələn PIN kodu daxil etməyi nəzərdə tutan iki faktorlu identifikasiya etməkdir. 

Xəbər lenti
0