BAKI, 17 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putinin şəkli olan təqvimlər Yaponiyada satış rekordu qırıb. Bu barədə Sputnik Azərbaycan "Japan Today"-ə istinadən xəbər verir.
Nəşr yazır ki, üzərində 66 yaşlı prezidentin əks olunduğu təqvimlər Yaponiyada bir neçə günə satılıb. Putinin əks olunduğu təqvim satış həcminə görə, "ulduzlar"ın əks olunduğu analoji təqvimləri üstələyib.
Qeyd edək ki, Putin Yaponiyada orta yaşlı evdar qadınlar üçün bir növ bütə çevrilib. Hətta 40-80 yaş arasında olan qadınların daxil olduğu Rusiya prezidentinin pərəstişkarlarının klubu da var.
— Dan Walker (@mrdanwalker) 1 июля 2018 г.