Kim Çen In kremi Cənubi Koreyada populyarlaşır

© Photo : Korea Summit Press Pool / Pool via ReutersŞimali Koreya lideri Kim Çen In
Şimali Koreya lideri Kim Çen In - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda bu maskadan 25 min ədəd satılıb

BAKI, 13 dekabr — Sputnik. Cənubi Koreyada üz üçün nəmləndirici krem Şimali Koreya lideri Kim Çen Inın şəklinə görə məşhur olub. Sputnik Azərbaycan xəbər verir ki, məhsulun qablaşdırmasının üzərində birmənalı olmayan şüar yer alıb: "Nəmləndirici nüvə maskası birləşməsi", "Bütün nəm Cənub və Şimalın qadınları üçün".

Hazırda bu maskadan 25 min ədəd satılıb. Maskanın istehsalına Şimali və Cənubi Koreya liderlərinin tarixi görüşündən sonra iyun ayında başlanılıb.

Cənubi Koreyanın dəriyə qulluq üzrə eksperti İren Kimin sözlərinə görə, bu məhsul Şimali Koreyanın siyasi rejiminin təbliğatıdır. "Bir müddət əvvəl Şimali Koreya bizim ölkəmiz üçün təhlükə idi, indi isə kosemtik məhsulların simasıdır" - deyə kosmetoloq narazı halda bildirib.

Xəbər lenti
0